Türkiyə siyasi elitasında son günlər yaşanan hadisələr bütün diqqətləri qardaş ölkə üzərinə yönəldib. Ölkə KİV-ləri baş verən hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirirlər. Türkiyə siyasi elitasında son günlər yaşanan hadisələr bütün diqqətləri qardaş ölkə üzərinə yönəldib. Ölkə KİV-ləri baş verən hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirirlər.

Ərdoğan-Davudoğlu məsələsinin xülasəsi - Manşetlərdən seçmələr

Türkiyə siyasi elitasında son günlər yaşanan hadisələr bütün diqqətləri qardaş ölkə üzərinə yönəldib. Ölkə KİV-ləri baş verən hadisələrlə bağlı müxtəlif fikirlər səsləndirirlər.


AzNews.az-ın məlumatına görə, hakim partiya rəhbərliyində baş verən ciddi dəyişikliklə əlaqədar yerli mətbuat bəzi iddialar irəli sürüb.

İddia olunur ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Baş nazir Əhməd Davudoğlu arasında keçirilən görüşün hər zamankı sıradan görüşlərdən fərqlənməsi, görüş sonrası heç bir açıqlama verilməməsi söhbət əsnasında kritik məsələlər müzakirə edilib.

Digər fikirlərə görə isə, Ərdoğanla Davudoğlu görüşündə növbədənkənar qurultay keçirilməsi barədə qərar qəbul edilib.

Yayılan xəbərlərdə Davudoğlunun bu dəfə AKP sədrliyi üçün namizəd olmayacağına dair iddialar da yer alıb. Hətta onun yerinə gətiriləcək namizədlərdən bəzilərinin adları da mətbuatda hallanır. Onlar Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak və dənizçilik və kommunikasiya naziri Binali Yıldırımdır. Ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun da adı bu vəzifəyə iddialı şəxslər sırasında çəkilir.

Məlumata görə, bu gün baş tutacaq AKP Mərkəzi İdarə Heyətinin toplantısından sonra Əhməd Davudoğlu açıqlama verəcək. Bu açıqlama zamanı onun növbədənkənar qurultay qərarını elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Əhməd Davudoğlunun sədrlikdən uzaqlaşdırılması və qurultayın keçiriləcəyi ilə bağlı iddialar son günlər Baş nazirlə prezident Ərdoğan arasında gərginliyin və fikir ayrılıqlarının artması iddialarıyla əsaslandırılır. Aprelin 29-da partiyanın vilayət və rayon təşkilatları sədrini təyin etmək hüququnun sədrdən alınaraq AKP Mərkəzi İdarə Heyətinə verilməsi qərarı bu iddiaların əsassız olmadığını göstərir.











Aydan AXUNDOVA