GÜRCÜSTANIN BAŞ NAZİRİ AZƏRBAYCANLILARA VƏZİFƏ VƏD ETDİ GÜRCÜSTANIN BAŞ NAZİRİ AZƏRBAYCANLILARA VƏZİFƏ VƏD ETDİ

Əliyeva soyadlı qız nazir olacaq

GÜRCÜSTANIN BAŞ NAZİRİ AZƏRBAYCANLILARA VƏZİFƏ VƏD ETDİ


"Mənə azərbaycanlı kadrlar lazımdır. Hələ də axtarışdayam. Mən nəinki müşavir, eyni zamanda nazir vəzifəsinə azərbaycanlının təyin olunmasını istəyirəm. Mənə Əliyeva adlı maraqlı bir qızın adını çəkiblər". Bu sözləri mayın 8-də Rustavidə Heydər Əliyev adına parkın açılışından sonra jurnalistlərin sualını cavablandırarkən Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib. "Bütün bunlara bir daha baxacağıq. Mən istəyirəm ki, azərbaycanlılara daha böyük vəzifə verim, müşavir kiçik vəzifədir".

Baş nazir Bidzina İvanişvili Rusiyadan alınacaq qazın qiymətinə də münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstanın baş naziri qazın Gürcüstana satış qiymətinə görə, Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib. "Mən bu barədə fikrimi bildirəcəm. İlk öncə Azərbaycan hakimiyyətinə minnətdarlığımı bildirirəm. Gürcüstanın əhalisi Azərbaycandan aşağı qiymətlə alınan qazdan istifadə edir. Mən buna görə şəxsən İlham Əliyevə Azərbaycandan belə ucuz qaz aldığımıza görə minnətdarlığımı bildirirəm. Gürcüstanın energetika naziri Kaxa Kaladze Rusiyadan alınan elektrik enerjisinə münasibət bildirərkən qeyd edib ki, "nə üçün Rusiyadan qaz almayaq. Biz Rusiya ilə ticarət münasibətlərimizi möhkəmləndirməli, dərinləşdirməli, lakin bu qiymətə biz Rusiyadan qaz ala bilmərik. Biz Rusiya ilə ticarət münasibətlərini yaxşılaşdırmalı və dərinləşdirməliyik. Bu normal vəziyyətdir. Qazı ucuz almaq mümkün deyil. Mən bir daha Azərbaycan hakimiyyətinə təşəkkürümü bildirirəm". APA