Moskvada 1436 qanunsuz miqrant saxlanıldı

Moskvada miqrantlar üçün düşərgədə saxlanılanların sayı 600-ə çatıb.

Bu barədə məlumatı Moskva polisinə istinadən Rusiya mətbuatı yayıb. Məlumata görə, düşərgədə saxlananlar deportasiya ediləcəkləri günü gözləyir. Polis bildirib ki, Moskvada keçirilən əməliyyat nəticəsində 1436 qanunsuz miqrant saxlanılıb. 4,5 mindən artıq miqrantla bağlı sənədlər yoxlanılıb. Saxlananların çoxu əcnəbilər üçün saxlama məntəqəsinə aparılıb.

Paytaxt polisinin məlumatına görə, təkcə Moskvanın şərqində 1200 Vyetnam vətəndaşı və 20 qanunsuz istehsal müəssisə aşkarlanıb. Sovetski küçəsində isə qanunsuz sex və aralarında Azərbaycan, Misir, Marokko, Suriya, Özbəkistan vətəndaşlarının olduğu 200 miqrant saxlanılıb. Bəzi miqrantların sənədləri saxta olub, onlarda hətta travmatik və odlu silah aşkar edilib.

Elnarə
AzNews.az