Ağsuda ev yandı: xəsarət alan var

Ağsu rayonu, Rəhimağalı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

"Qafqazinfo" xəbə verir ki, yanğın zamanı ev sahibinin gəlini əl və üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər çatana kimi yaxınları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az