- Köhnə - Region
- 29 Noyabr 2013 18:56
- 6 754
Ermənistan Putini mitinqlərlə qarşılayacaq

Təşəbbüs qrupunun bəyanatında göstərilir ki, aksiyanın məqsədi Ermənistan hökumətindən erməni xalqının ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etmək, konstitusiyaya riayət etmək, Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmaq proseslərini dayandırmağı tələb etməkdir.
Aksiya saat 13:00-da Azadlıq meydanında baş tutacaq. "Azad Ermənistan", "Azad demokratlar", "İrs" və başqa partiya və təşkilatlar da "Layiqli vətən" təşəbbüs qrupuna qoşularaq mitinqdə iştirakla bağlı qərar qəbul ediblər.
Mitinqdən sonra Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş planlaşdırılır.
AzNews.az