Buşehrdəki zəlzələdə nüvə qurğularına ziyan dəymədi - VİDEO

İranın yenidən silkələnməsi itkisiz ötüşməyib. Yenə də təkanların mərkəzi Buşehr olub. Axşamdan səhərə qədər davam edən yeraltı təkanlardan zədəsiz çıxan ölkənin Buşəhrdəki nüvə obyektləri olub.

İranın cənubunda yerləşən Buşehr vilayətində Borazcan şəhərindən 5,7 bal gücündə zəlzələ baş verib. Dunən cümə axşamı Yerli vaxtla saat 17:21-də baş vermiş zəlzələ nəticəsində 250 ev və ticari məkan təmamilə dağılıb hadisə nəticəsində 8 nəfər olüb, 193 nəfər yaralanıb.

Səhər saatlarına qədər daha 25 yeraltı təkan baş verib. Buşehr vilayətindəki bütün dovlət orqanları və xəstəxanalarda fövqəladə vəziyyət elan olunub.

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Məhəməd Mozəfər bildirib ki, xilasetmə işləri sonuna çatıb. Hazırda evləri dağılmış və zəlzələdən ziyan görmüş insanların müvəqqəti yerləşdirilməsi üçün idman komplekslərində şərait yaradılır. Əhaliyə çadırlar və yemək paylanıb.

Zəlzələnin mərkəzi buşehrin Nüvə Atom elektrik obyektlərindən 65 kilometr məsafədə yerləşir. İranın böhran vəziyyətinin idarə edilməsi adlı təşkilatının məlumatına görə, zəlzələ nüvə qurğularına təhlükə yaratmayıb və istehsal əməliyyatları davam edir.




AzNews.az