- Köhnə - Region
- 18 Dekabr 2013 14:58
- 1 606
AKP təcili toplandı

Toplantıya oğlu polis basqını nəticəsində saxlanılan daxili işlər naziri Muammer Gülər də qatılıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi toplantıda Bülent Arınç, Beşir Atalay, Bekir Bozdağ, Muammer Güler, Sadullah Ergin kimi yüksək vəzifəli məmurlar iştirak edir.
Bu sırada maliyyə naziri Mehmet Şimşek deputatlar qarşısında olduqca pis vəziyyətə düşüb. O, İstanbul polisində bir neçə yüksək vəzifəli əməkdaşın vəzifədən götürülməsi barədə deputatların suallarını cavablandırmalı olub.
Nazir Məclisdə ona ünvanlanan israrlı suallara "Daxili işlər nazirini axtardım, ancaq onunla əlaqə yarada bilmədim. Əgər bu, araşdırmanın normal aparılmasını əngəlləməyə cəhddirsə...
Təbii ki, mən bilmirəm. Münasibət bildirmək üçün hadisənin detallarını bilməliyəm. Söylənənlər hələlik iddiadır. Məndən necə bir münasibət gözləyirsiniz ki? Bu sual mənə ünvanlanmalı deyil".
Elnarə
AzNews.az