- Köhnə - Region
- 24 Dekabr 2013 11:31
- 6 067
Yanukoviçin insult keçirdiyi xəbəri yayıldı
Modern. az saytı bildirir ki, jurnalistlər bu səbəbdən bu gün Moskvada keçiriləcək Gömrük İttifaqının ali rəhbər orqanının iclasında baş nazir Nikolay Azarovun iştirak edəcəyini iddia edirlər. Amma buna qədər Rusiya paytaxtına şəxsən Yanukoviçin gedəcəyini xəbər vermişdilər. Dekabrın 20-də "İnsayder" nəşri xəbər vermişdi ki, "Frofaniya" dövlət klinikasına kotej gəlib.
Həmin məlumatda qeyd edilirdi ki, kortejlə hərəkət etmək üç nəfərin hüququ var: dövlət başçısı, hökumət rəhbəri və Ali Radanın spikeri. "İnsayder"in jurnalistləri onu da ehtimal ediblər ki, klinikaya Ukraynanın ikinci prezidenti Leonid Kuçma gəlib.
Avtoritetli "Obkom" internet-nəşri isə ikinci prezident üçün xəstəxananın bütün ikinci mərtəbəsinin bağlı olmasına isə inanmır. Jurnalistlər xəstəxananın pasiyentləri ilə əlaqə saxlayıblar. Məlum olub ki, onların şənbə və bazar günləri qohumları və yaxınları ilə görüşü ləğv olunub. Dünən isə məlum olub ki, Moskvaya prezident yox, baş nazir gedib. Prezidentin mətbuat katibi Darka Çepakla telefonla əlaqə yaratmağa cəhd edilsə də, nömrəyə heç kim cavab verməyib.
AzNews.az