- Köhnə - Region
- 24 Dekabr 2013 12:08
- 7 373
Saakaşvilinin Ukraynaya girişinə qadağa qoyuldu

Deputat xarici işlər naziri Leonid Kojara və Təhlükəsizlik Xidmətini rəhbəri Aleksandr Yakimenkonun adına müvafiq müraciəti dekabrın 8-də göndərib. O bildirib ki, bəzi əcnəbi siyasi texnoloqların və etirazların təşkili üzrə mütəxəssislərin Ukraynaya səfərləri milli təhlükəsizliyə təhdid yaradır.
Siyahıda M. Saakaşvili ilə yanaşı daha 29 Gürcüstan vətəndaşının, eləcə də ABŞ-ın Con Hopkins Universitetinin elmi əməkdaşı Taras Kuzyo, tanınmış almaniyalı politoloq Andreas Umland və digər şəxslərin adları var.
Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili artıq 3 Gürcüstan vətəndaşının Ukraynaya səfərinə icazə verilmədiyini söyləyib. Onlardan biri "Rustavi-2" telekanalının jurnalisti David Kakuliyadır. Səfir bu məsələni aydınlaşdırmağa çalışdığını deyib. (apa)