- Köhnə - Region
- 25 Dekabr 2013 22:20
- 1 538
Nazarbayevin “Bayterek Qülləsi“ plagiatdır

ANS PRESS-in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Sergey Şmagin adlı bir şəxs Facebook səhifəsində, "Bayterek Qülləsi" layihəsinin 3 memar tərəfindən oğurlandığını iddia edib. Facebookda Sovetlər dövründə hazırlanmış suvenirlərlə qüllənin fotoşəkillərini müqayisə edən Şmaginin sözlərinə görə, dəfələrlə beynəlxalq mükafat alan bu qüllə əslində saxtadır.
Hökumətdən isə hələlik bununla bağlı heç bir açıqlama gəlməyib.
Rəsmi məlumatlara görə, Bayterek qülləsinin ideya müəllifi prezident Nursultan Nazarbayev, memarı isə Akmirza Rüstembekovdur. Günlərin birində təyyarə ilə şəhəri yuxarıdan izləyən prezidentin, bir kağızda qüllənin ilk eksizini çəkdiyini və bunu hazırlamaq üçün memarlara təlimat verdiyini bildirirlər.
AzNews.az