Vəli Küçük Paşadan Ərdoğana sərt ismarışlar- VİDEO


Türkiyədə "Ergenekon" qruplaşması adı ilə ittiham olunaraq, həbs olunan general Vəli Küçük Paşa cəzaçəkmə müəssisəsindən çıxan kimi jurnalistlərə açıqlama verib.

AzNews.az-ın məlumatına görə, general Atatürkün cızdığı yolla gedəcəyini, bundan sonrakı fəaliyyətini də türkçülük ideologiyası üzərində quracağını deyib.

V. Küçük Paşa açıqlamasında ermənilərin azərbaycanlılara qarşı törədilən soyqırım aktına da toxunub: "Buradan 1992-ci ildə Xocalıda qətlə yetirilən soyqırım qurbanları olan igidlərimizə Allahdan rəhmət diləyirəm".

O daha sonra əlavə edib ki, tutulmasını və 7 illik həbsini vətənə xidmət kimi qəbul edib: "Atatürk yolunda bu çətinliklər də varimiş. Bunu məhkumluq kimi qəbul etmirəm. Xidmətimi bayırda da davam etdirəcəyəm".

General o, və başqa silahdaşlarının orduya nüfuz edilməsi üçün həbs olunduğunu da qeyd edib: "Türkiyəni inkişaf etdirmək istəyən vətənsevərləri, bayrağı üçün şəhid olmağı göz önünə alanları həbs etdirdilər. Süni şəkildə Vəli Küçük görüntüsü yaradıldı. Məqsəd bunun üzərindən Türkiyə Ordusuna sızmaq idi. İllərlə buna çalışdılar və bacardılar. Amma sona qədər bacarmadılar. Bundan sonra da vətən, türk birliyi üçün irəliyə doğru addım atacağıq".



AzNews.az