AKP Ankarada qalib elan olundu

Ankarada bələdiyyə seçkilərini qazanan tərəf AKP oldu.

Hakim partiyanın - AKP-nin namizədi Məlik Gökçək bu gün Ankara bələdiyyəsinə gedərək, seçkilərdə qalib gəldiyini təsdiqləyən sənədi alıb. Ankaranın bələdiyyə başqanı bu sənədin fotosunu söz verdiyi kimi, ilk olaraq "Twitter"də yayımlayıb.

Cümhuriyyət Xalq Partiyası isə seçkilərin nəticələrindən Ali Seçki Qurumuna şikayət etməyə hazırlaşır. Partiyanın Ankara təşkilatı seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edərək, paytaxtda səslərin yenidən sayılmasını, yaxud bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb edəcək.

CHP-nin bələdiyyə seçkilərindəki Ankara üzrə namizədi Mansur Yavaş sosial şəbəkələrdə "seçkilərin nəticələrinin ləğv olunmasını tələb etməkdən başqa əlacımız qalmadı" deyə status yayıb.(Musavat.com)