Müdafiə naziri: «İran böyük döyüşə hazırdır»

"İran böyük döyüşə hazırdır". Bu bəyanatı İranın müdafiə naziri, general Əhməd Vəhidi "Şəhid Mütəhərri" hərbi bazasında çıxışı zamanı səsləndirib. AzNews.az-ın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, Vəhidi "Düşmən güclı görünsə də əslində bu həqiqəti əks etdirmir" deyib.

Nazir düşmənlərin ölkə əhalisi üzərində psixoloji təsiri artırmağa çalışdığını da vurğulayıb: "Düşmənlər İran xalqını inadırmaq istəyirlər ki, ölkənin problemləri böyükdür, İran üçün hərbi müdaxilə, sanksiyalar və beynəlxalq təcrid təhlükəlidir".
Ali dini rəhbərin də düşmənə qarşı çıxmağa hazır olduğunu bildirən nazir "Biz İmam Mehdi zamanında yaşayırıq, bu müharibə bizim üçün çox vacibdir" deyə vurğulayıb.

Alpər
AzNews.az