Ərdoğanın videosu salondakıları ayağa qaldırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Mart Beynəlxalq Qadınlar Günü üçün hazırladığı video qardaş ölkədə böyük populyarlıq qazanıb.


ANS PRESS-in məlumatına görə, video sosial şəbəkələrdə izləmə rekordu qırıb.

İlk dəfə prezident sarayında təqdim olunan videonu izləyən salondakılar Ərdoğanı ayaq üstə alqışlayıblar.

Videoçarxda başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan olmaqla ölkənin bir sıra məşhur müğənniləri, aktyor və aktrisaları, televiziya aparıcıları iştirak ediblər.

Videoçarxın hazırlanmasında məqsəd dünyada qadına qarşı zor tətbiq edənlərin əleyhinə mübarizə aparmaqdır.

Layihənin adı "Qadına şiddət, insanlığa xəyanət" adlanır.