“Səbəb İran xalqının Qərb hegemoniyasına qarşı çıxmasıdır” “Səbəb İran xalqının Qərb hegemoniyasına qarşı çıxmasıdır”

“Sanksiyaların əsl səbəbi başqadır”

“Səbəb İran xalqının Qərb hegemoniyasına qarşı çıxmasıdır”



İranın Ali Dini lideri Ayatolla Əli Xamanei İrana qarşı tətbiq edilən sanksiyalardan danışıb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Ali Dini lider qərb mətbuatında sanksiyaların İran iqtisadiyyatına təsirinin şişirdildiyini deyib: "Bu gün bizim düşmənlərimiz sanksiyaları gücləndirirlər. Sanksiyalar bu günün məsələsi deyil və bu İslam Respublikası qurulandan olub. Onlar bilərəkdən sanksiyaların təsirini şişirdirlər".

Xamanei sanksiyaların həqiqi səbəbinə də aydınlıq gətirib. O, bildirib ki, İranın sanksiyalara məruz qalması qərbin iddia etdiyi kimi nüvə proqramı ilə bağlı deyil. "Əsl səbəb İran xalqının Qərbin hegemoniyasına qarşı çıxmasıdır".

Ali Dini lider İranın çox çətin dövrlər yaşadığını və bütün olanlardan üzü ağ çıxdığını da dilə gətirib və əlavə edib ki, İranın həll edə bilməyəcəyi heç bir məsələ yoxdur.

Sadiq Musa
AzNews.az