“Hazırkı siyasi kurs rus xalqını məhvə aparır” “Hazırkı siyasi kurs rus xalqını məhvə aparır”

Rusiyanı etiraz aksiyaları bürüyəcək

“Hazırkı siyasi kurs rus xalqını məhvə aparır”



Rusiya Strateji Araşdırmalar Mərkəzi prezident Vladimir Putinin 3-cü hakimiyyəti dövründə rusiyalıların siyasi əhval-ruhiyyəsi ilə bağlı məruzə təqdim edib. Rusiya mətbuatının məlumatına görə, sənəd 2012-ci ilin sentyabr-oktyabr ayında aparılan sorğular nəticəsində hazırlanıb.

Belə ki, "inqilab mümkündür və arzu ediləndir" sorğusunda iştirak edənlərin 66 faizi hökumətdən xəyal qırıqlığına uğradıqları və qanunların sərtləşdirilməsindən danışıblar. Araşdırmanı aparan mütəxəssislərin qənaətinə görə, Rusiyanı ya güclü etiraz aksiyaları bürüyəcək, ya idarəetmənin yeniləşməsi, durğunluq, yaxud da məhv olma gözləyir.

Məlumata görə, V.Putinə inam 2012-ci ilin sentyabrında 42 faizə qədər enib. Bu 2013-cü il üçün rekord göstəricidir. Mütəxəssislərin rəyinə görə, 2013-cü ildə Putinə və onun hökumətə inam reytinqi inamsızlıq reytinqi ilə müqayisə edilə bilər. Təqdim edilən sənəd bunun səbəblərini də göstərir. Belə ki, sorğuda iştirak edənlər Putin hakimiyyəti dövründə heç bir əhəmiyyətli nəticənin əldə edilmədiyini vurğulayıblar. Yalnız bolluca vəd verilib.

O da qeyd olunur ki, respondentlər hökumətin seçki yolu ilə dəyişəcəyinə də inanmırlar. Və hətta ölkəni yaz hadisələrindən daha güclü dalğanın bürüyəcəyindən qorxurlar. Məruzədə bildirilir ki, Rusiyanın orta təbəqə əhalisi Putinə artıq düşmən münasibəti bəsləyir. Bu münasibət prezidentin təmsil etdiyi Vahid Rusiya Partiyasına da aiddir.

Təqdim edilən məruzə mitinq iştirakçıları arasında yazda müşahidə edilən birliyin olmadığını da qeyd edir. Belə ki, respondentlərin 54 faizi etiraz aksiyalarından məyus olduğunu bildirir. Vətəndaşların fikrincə, etiraz aksiyaları parlaq liderlərin və fərqli fikirlərin çatışmazlığı ucbatından azalır.

Sorğunun sonunda Rusiya hökumətinin köməksizlik sindromu, əmək bacarığlarının itirilməsi, alkoqolizm, doğumun azalması və kütləvi əmək miqrantları ilə xarakterizə edilən hazırkı siyasi kursunun rus xalqını məhvə apardığı vurğulanıb.

Ülviyyə Tahirqızı
AzNews.az