Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək.

Putinin Lavrovu Ermənistana göndərməsinin - Səbəbi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, S.Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşəcək.

Səfər regionda baş verən iqtisadi və siyasi münasibətlərin gərgin olduğu bir vaxtda reallaşır. İran, Rusiya, Gürcüstan və Azərbaycan bir-biri ilə təbii qaz və neft alış-satışına dair müzakirələr region mediasının əsas mövzusudur. Amma bəzi hallarda bu "enerji müharibəsi" fonunda Dağlıq Qarabağ probleminin və digər münaqişələrin həlli arxa plana keçir.

Keçmiş dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, Lavrovun da müzakirə edəcəyi mövzular arasında enerji məsələləri üstünlük təşkil edəcək.

"Ermənistan ərazisindən İran qazının Gürcüstana ötürülməsi və hətta Ermənistan ərazisindən İranın neft və qaz kəmərlərinin çəkilməsi gündəmdədir. Həmçinin Ermənistan və İran arasında elektirik enerjisi ötürülməsi barədə müqavilə imzalanır. Rusiya isə Ermənistan bazarına başqa dövlətin daxil olmasına razı deyil. Sarkisyanın Gürcüsatan səfərindən sonra Lavrovun bu ziyarəti Ermənistanın planlarını pozmaq üçündür", - deyən Qabil Hüseynli bildirdi ki, Rusiya regionda onun iştirakı olmadan heç bir enerji layihəsinin reallaşmasına razılıq vermək istəmir.

Sabiq müşavirin sözlərinə görə, müzakirə mövzuları sırasında Dağlıq Qarabağ münaqisəsi də ola bilər: "Rusiya Azərbaycana vəd verir ki, Qarabağ ətafındakı ərazilərin qaytarılmasında yardım edəcək. Amma Ermənistan tərəfi Rusiyanın qərarlarına qarşı çıxıb bu razılaşmanı pozmaq istəyir. Gah 3-4 rayonun, gah da 1-2 rayonun qaytarılmasına razı olduğunu bildirir. Bütün bunlar Rusiyanın verdiyi vədləri kölgədə qoyur. Rusiya prezidentlərin görüşü ətrafında Ermənistan hökümətinə bu məsələlər barədə konkret qərar verməli olduğunu xatırlatmaq istəyir".


İşğal altında olan Dağlıq Qarabağ


Yaxınlaşan Rusiya Azərbaycan münasibətlərinin fonunda Ermənistan cəmiyyətində qorxu yarandığını deyən Qabil Hüseynli Rusiyanın artıq Sarkisyanla münasibətlərinə yenidən baxmaq istədiyini bildirir.

Stratfor Araşdırmalar Mərkəzi isə iddia edir ki, Rusiya Serj Sarkisyanın hakimiyyətdə qalmasına razı deyil. Bu səbəbdən Moskvada olan iş adamlarından 2-3 nəfərin adı Ermənistanda keçiriləcək prezident seçkilərində namizədlər sırasına daxil ediləcək. Yəqin ki, Sarkisyan Rusiyasının himayəsini itirdiyi üçün xalqın gözündə qalxmaq istəyir. Bu məqsədlə də tələsik təbii qaz və digər enerji layihələrinə imza atmaq niyyətindədir ki, Rusiya onun hakimiyyətini əlindən alanda xalqı onun arxasında dursun. Amma Ermənistan Dağlıq Qarabağı işğal altında saxladığı müddətdə onun hər hansı enerji layihəsində Rusiyanın razılığı olmadan iştirakı mümkünsüz görünür. Sergey Lavrovun bu səfərindən sonra isə Ermənistan hakimiyyəti yəqin ki, xəyalında olan tranzit ölkə arzusunu tamamilə yadından çıxaracaq.