Son 2 gündə Türkiyə də 5 nəfər "donuz qripi"ndən dünyasını dəyişib. Son 2 gündə Türkiyə də 5 nəfər "donuz qripi"ndən dünyasını dəyişib.

Türkiyədə “donuz qripi“ şoku – 2 günə 5 ölü

Son 2 gündə Türkiyə də 5 nəfər "donuz qripi"ndən dünyasını dəyişib.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə AH1N1 ("donuz qripi") virusuna yoluxan son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib. Onların hər birində bu xəstəlik aşkar edilib. Hazırda xəstələrin hamısı nəzarətdə saxlanılır. 35 nəfərdən 5-i bu xəstəlikdən dünyasını dəyişib.

Ölənlərdən birinin 17 yaşlı gənc olduğu bildirilir. Həkimlər mövsüm dəyişkənliyi ilə əlaqədar bu virusun yayıldığını açıqlayıblar. Bu səbəbdən insanlara qrip və sətəlcəmə qarşı peyvənd olunmaları məsləhət görülüb.

Qeyd edək ki, bu ilin əvvəlindən "donuz qripi"ndən ölənlərin sayı artıq 13 nəfər olub.

Sevinc YASİNQIZI
AzNews.az