Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Mehmet Erdem Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Bülent Tezcanı ölən terrorçuları 1 dəqiqəlik sükutla yad etməkdə ittiham edib. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Mehmet Erdem Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Bülent Tezcanı ölən terrorçuları 1 dəqiqəlik sükutla yad etməkdə ittiham edib.

Türkiyəli deputat öldürülən terrorçuları yad etdi - İttihamlar

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Mehmet Erdem Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Bülent Tezcanı ölən terrorçuları 1 dəqiqəlik sükutla yad etməkdə ittiham edib.


AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Erdem Bülent Tezcanı Xalqların Demokratik Partiyasının (HDP) konqresində ölən terrorçular üçün PKK marşı sədaları altında 1 dəqiqəlik sükut saxlamaqda günahlandırıb.
Mehmet Erdem bildirib ki, CHP ikili rol oynayır: "CHP-nin bir çox millət vəkilinə baxın. Onun HDP və PKK ikilisinin paralelində, onlara bənzər açıqlamalar etdiyini görəcəksiniz".

M.Erdem hazırda Türkiyənin millətiylə, dövlətiylə bir mübarizə içərisində olduğunu və hər kəsin bu mübarizədə dəqiq mövqe tutmalı olduğunu qeyd edib: "Türkiyənin bölünməməsi və parçalanmaması üçün böyük mübarizə var. Təəssüf ki, terror qruplaşmalarının silahlıları şəhərlərə yayılıblar. Onlar HDP-nin siyasətçilərilə birlikdə çuxurlar qazırlar. Bu çuxurların başında dayananlar PKK siyasətçiləri və PKK terrorçularıdır. Bu mübarizədə hər kəsin dəqiq mövqeyini bildirməsi vacibdir. CHP-nin mövqeyi çox ikili, MHP-ninki isə dəqiqdir. Bütün açıqlamalar ortadadır".

AKP-li millət vəkili Bülent Tezcanın bu fəaliyyətilə CHP-nin HDP ilə bir yolda hərəkət etdiyini göstərdiyini bildirib: "Əlbəttə ki, Bülent Tezcan CHP-nin sədr müavini olaraq HDP-nin konqresinə qonaq olaraq getmiş ola bilər. Lakin o konqresdə həmin vaxtki tədbirləri nəzərə alaraq orada iştirak etməməliydi. Əgər getmişsə belə, bu kimi tədbirin həyata keçirildiyini gördükdən sonra o salondan çıxmalıydı. Lakin CHP ,dediyim kimi, bir çox açıqlamaları və fəaliyyətilə HDP ilə paralel hərəkət edir".


Aydan Axundova