Ermənistanın Qarabağda hücuma hazırlaşdığını müdafiə naziri D.Tonoyan dəfələrlə etiraf edib. Ermənistanın Qarabağda hücuma hazırlaşdığını müdafiə naziri D.Tonoyan dəfələrlə etiraf edib.

Ermənistanın müharibə hazırlığı Minsk Qrupu vasitəçilərinin diqqətinə çatdı

Ermənistanın Qarabağda hücuma hazırlaşdığını müdafiə naziri D.Tonoyan dəfələrlə etiraf edib.

Ermənistan müharibəyə hazırlaşır.

Ermənistanın iqtisadiyyatı, sosial həyatı bərbad gündədir. Amma buna baxmayaraq yeni rəhbərlik bu problemlərlə məşğul olmur. Kənd təsərrüfatı sahəsi ilə bağlı vaxtaşırı Ermənistan mətbuatında məlumatlar yayılsa da hətta Kənd Təsərrüfatı Nazirliyi ləğv edildi. Xarici investorlar gəlmir, hətta yerli investorlar da pulunu Paşinyan hökumətinin qorxusundan iqtisadi proseslərə qatmaq istəmir. Əvəzində Paşinyan hökuməti yaxın 5 ildə ordunun ehtiyaclarını qarşılamaq üçün 2,5 milyard dollar vəsait axtarır.

Ermənistan Rusiyadan Su-30 CM təyyarələri alır. Sayını 4-dən 12-yə çatdırıb bir aviaeskadrilya yaratmaq istəyir. Pulunu Rusiyadan kredit götürəcəkdir.

N.Paşinyan bir neçə dəfə Ermənistanın müharibəyə hazır olduğunu bəyan edib.

Müdafiə naziri D.Tonoyan dəfələrlə bəyan edib: Ermənistan özünü doğrultmayan, məğlubiyyətə aparan müdafiə strategiyasından imtina edib, hücum strategiyasına keçməlidir və hücum silahları almalıdır. Ermənistanın Qarabağda hücuma hazırlaşdığını D.Tonoyan dəfələrlə etiraf edib.

Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərinə gəldi və torpaq vermək fikrində olmadıqlarını bildirdi.

Bu, bütün Ermənistan rəhbərliyinin fikridir. Həmsədrlərin son bəyanatında ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması açıq-aşkar göstərilib.

Azərbaycanda Prezident, Baş nazir, Müdafiə naziri yaxın dövrlərdə “hərbi əməliyyat”, “hücum” sözünü işlətməyib. Azərbaycan rəhbərliyinin verdiyi bütün bəyanatlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı son bəyanatla səsləşən istiqamətlidir.

Ermənistanı indiki rəhbərliyinin müharibə hazırlığı cavab reaksiyasını zəruri edir:

ı. ATƏT MQ və beynəlxalq ictimaiyyət münaqişənin sülh yolu ilə tənzimləməsi mövqeyini israrlı şəkildə müdafiə edir və müqavilə imzalanmasına nail olur.

ıı. Azərbaycan Dağlıq Qarabağdan Ermənistana gedən bütün koridorları bağlayır, Ermənistanın Dağlıq Qarabağa hərbi, siyasi, iqtisadi formada daxil olan destruktiv təsirini dayandırır. Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşı olduğu üçün onların problemləri ilə tədricən Azərbaycan Respublikası özü məşğul olur.

Dağlıq Qarabağ məsələsi Ermənistanda artıq çoxdan siyasiləşib, hakimiyyət uğrunda mübarizə vasitəsinə çevrilib. Paşinyan da hakimiyyətini saxlamaq üçün Dağlıq Qarabağ mövzusundan istifadə edir. Belə vəziyyət çox təhlükəlidir, hətta Ermənistan respublikasının özünün ərazi itirməsinə gətirib çıxara bilər.

ATƏT MQ həmsədrlərinin martın əvvəlində verdiyi geniş bəyanat:

ı. Ermənistan üçün çox ciddi xəbərdarlıqdır.

ıı. Paşinyanın hakimiyyəti dövründə ilk dəfədir. N.Paşinyan özünə neqativ münasibət yaratdı.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq