- Qayıdış
- 24 Oktyabr 2020 18:57
- 2 123
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alındı
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.
AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var", - məlumatda deyilir.