- Qayıdış
- 29 İyun 2021 10:38
- 6 458
Lavrov BMT-nin Ali komissarı ilə Qarabağda təkrar məskunlaşma məsələsini müzakirə edib

Məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb
İyunun 28-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib.
AzNews.az bildirir ki, APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlərin qaytıması məsələsi müzakirə olunub.
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatına müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin Dağlıq Qarabağ və ona bitişik rayonlara qayıtması məsələsinə baxılıb", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.