“Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır” “Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır”

Paşinyanla II Qareginin arası dəyib - Baş nazir tapşırıq verib

“Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır”

Qarabağdakı 44 günlük müharibədən sonra bütün ermənilərin katolikosu II Qaregin hakimiyyəti açıq şəkildə tənqid etməyə başlayanda Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında əlaqə geri dönməz şəkildə kəsilib.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Bu il Paşinyan II Qaregini avqustun 21-də qeyd olunan doğum günü münasibəti ilə təbrik etməyib.
Halbuki Paşinyan hakimiyyətə gəldikdən sonra üç il ərzində onu hərarətlə təbrik edərək, Erməni Apostol Kilsəsinin həyatında “böyük əhəmiyyətini və rolunu” vurğulamış, xalqın güvənini ifadə etmişdi”.

Qəzet yazır ki, hakimiyyətin nəzarətində olan KİV-lərə və hətta Ermənistanın İctimai Televiziyasına katolikosun fəaliyyətini işıqlandırmamaq tapşırılıb.

“Paşinyan dövlət institutlarının roluna yalnız şəxsi maraqlar prizmasından baxır”, - qəzet qeyd edib.