Böyük Qayıdış ilham verir - VİDEO

Ailələrin Laçın şəhərinə daimi məskunlaşması təmin edilir.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra dövlətimizin qarşısında dayanan ən mühüm hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir.

Laçına köçürülən əhalinin rahat şəraiti üçün bütün infrastrukturlar qurulmaqdadır.

Aznews.az uzun illər məcburi köçkün həyatı yaşayandan sonra öz doğma torpağına-Laçına köçürülən sakinlərdən birinin həsrət dolu çıxışının videosunu təqdim edir. Video-çarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.