Rusiyanın Voronej vilayətində avtoqəzada yaralanan və ölən azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Rusiyanın Voronej vilayətində avtoqəzada yaralanan və ölən azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Voronejdə ölən və yaralanan azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirildi

Rusiyanın Voronej vilayətində avtoqəzada yaralanan və ölən azərbaycanlılarla bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Voronejdə “Birlik” Azərbaycan Cəmiyyətinin sədri Mehdi Mehdiyev bildirib ki, “Rusiyada diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib” məzmunlu Azərbaycanın bəzi xəbər saytlarında yayılan xəbər təhrif edilmiş və qərəzlidir.

“Diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır. Hadisə dekabrın 24-ü saat 11:00 radələrində Voronejdən 300 km aralı Rostov istiqamətində baş verib. Fövqəladə Hallar Nazirliyinin Voronej vilayəti bölməsi xəbər verən kimi, biz hadisə yerinə getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq, bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsini tövsiyə etdi, eyni zamanda komitə mütəmadi olaraq da proseslə maraqlanıb. İki azərbaycanlı ölmüşdü, yaralılar da var idi. Yaralılar yaxınlıqdakı Boquçar Şəhər Xəstəxanasına yerləşdirildi. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq. Təşkilatımızın üzvü Bəxtiyardan xahiş etdik ki, proseslərə nəzarət etsin. Ölənlərin meyitlərini 150 km aralıda başqa şəhər məhkəmə tibbi ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Nəqliyyat və digər xərcləri ödədik. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə təşkil etdik ki, onu Voronejə gətirsinlər. Hazırda Məlahət xanım xəstəxanadadır, nəzarətdədir, əməliyyat gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik. Axırıncı xəstəni dünən xəstəxanadan çıxardıq, yazın zamana Azərbaycana yola salacağıq”, - M.Mehdiyev deyib.

Diaspor rəhbəri deyir ki, Azərbaycanın bəzi xəbər saytlarının diasporun gördüyü işləri görməzdən gəlməsi orada yaşayan azərbaycanlılarda təəssüf hissi yaradır: “Cəmiyyət olaraq həmin saytlarla əlaqə də saxladıq, vəziyyəti izah etdik. Buna baxmayaraq, təhrif olunmuş köhnə xəbərlər hələ də onlarda saytdadır. Xaricdəki soydaşlarımızın zəhmətinə qarşı belə dəqiqləşdirilməmiş məlumatların yayılması diaspor fəaliyyətimizə məqsədli şəkildə qara yaxma kimi qəbul edirik”.(report.az)

AzNews.az