Bu, Venesuela cəmiyyətində parçalanmanı daha da dərinləşdirməyə yönəldilib. Bu, Venesuela cəmiyyətində parçalanmanı daha da dərinləşdirməyə yönəldilib.

Rusiya Maduronu dəstəkləyən bəyanat yaydı - "Pisləyirik"

Bu, Venesuela cəmiyyətində parçalanmanı daha da dərinləşdirməyə yönəldilib.

Venesuelanın qanuni hökumətinin ekstremist əhval-ruhiyyəli əleyhdarları Nikolas Maduronu devirməyə, o cümlədən onun fiziki olaraq aradan götürməyə cəhd göstərib, bu cəhd baş tutmadıqda isə, maksimal qarşıdurma ssenarisini seçiblər.

Bu fikirlər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Venesuela hadisələri ilə əlaqədar bəyanatında əks olunub.

Bəyanatda qeyd edilir ki, Moskva Venesuela cəmiyyətini qanlı tayfa davaları uçurumuna yönəldənləri qətiyyətlə pisləyir. Sənəddə deyilir: “Müxalifətçi “Venesuela Prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı”nın and içməsi, habelə ABŞ və regiondakı bəzi başqa dövlətlər tərəfindən onun bu qisimdə dərhal tanınması Venesuela cəmiyyətində parçalanmanı daha da dərinləşdirməyə yönəldilib”.

RF Xarici İşlər Nazirliyi Venesuelanın müxalifətçi siyasətçilərinə və Nikolas Maduronun qanuni hökumətinə müraciətlə onları başqalarının şahmat oyununda piyadalara çevrilməməyə çağırır.

Bəyanatda deyilir: “Beynəlxalq birliyin vəzifəsi Venesuelada milli maraqlara üstünlük verən müxtəlif siyasi qüvvələr arasında qarşılıqlı anlaşma əldə edilməsinə şərait yaratmaqdır. Biz bu məqsədləri dəstəkləyən bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırıq”.(AZƏRTAC)

© AzNews.az