• Rusiya
  • 24 Yanvar 2019 16:23
  •  470

Taksi sürücüsü müştərilərini döydürüb pullarını oğurlatdı - VİDEO

Sürücü şikarlarını fərqli ünvana aparıb.

Moskvada “Yandeks.Taksi” mobil inteqrasiyalı taksi xidmətinin sürücüsü sərnişinlərinə qarşı soyğunçuluqda iştirak edib. O, müştəriləri pusquya aparıb və onunla əlbir olan şəxslər müştəriləri döyərək, talan ediblər.

Bu barədə “Mash” “Telegram” kanalında məlumat yayılıb.

Məlumata əsasən, sürücü şikarlarını fərqli ünvana aparıb. Sonradan avtomobili saxlayıb. Sərnişinlər düşən kimi, onların üzərinə üç naməlum şəxs atılıb və onları döyməyə başlayıblar. Cinayətkarlar onların üzərindəki pulları və qiymətli əşyaları oğurlayıb.

Polis əməkdaşları artıq taksi sürücüsü ilə əlbir olan cinayətkarları həbs edib. Bunun taksi sürücünün ilk belə əməli olmadığı güman edilir.(oxu.az)

© AzNews.az