"İnam" məscidi istifadəyə verilib. "İnam" məscidi istifadəyə verilib.

Azərbaycanlılardan geri alınan məscid istifadəyə verildi - Moskvada

"İnam" məscidi istifadəyə verilib.

Rusiyada azərbaycanlılar tərəfindən icarəyə göttürülnüş Moskvanın Otradnıy rayonunda yerləşən və bu yaxınlarda sahibi tərəfindən bağlanan "İnam" məscidi həmyerlilərimizdən birdəfəlik geri alınmaq şərti ilə istifadəyə verilib.

Bir neçə gündür texniki səbəblərə görə bağlı olan məscid artıq azərbaycanlıların məscidi kimi yox, ümumi məscid olaraq bu gün fəaliyyətini bərpa edib.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan osta Asiyadan olan iş adamı Rəşid Bəyazidov yardım edib. R. Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb. Hazırda məscid R. Bəyazidovun şəxsi əmlakıdır.(report.az)

© AzNews.az