Suriyadakı vəziyyət Astana formatı ölkələrinin zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub Suriyadakı vəziyyət Astana formatı ölkələrinin zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdilər

Suriyadakı vəziyyət Astana formatı ölkələrinin zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub

Türkiyə və Rusiyanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.

TASS xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Suriyadakı vəziyyət Astana formatı ölkələrinin (Türkiyə, İran, Rusiya) zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub.

Həmçinin Suriyadakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 nömrəli qətnamə, habelə Rusiya ilə Türkiyə prezidentləri arasında avqustun 27-də əldə olunmuş razılaşma çərçivəsində həll olunması prosesinin gedişatı müzakirə olunub. Hər iki tərəf Suriyada Konstitusiya Komitəsinin tezliklə yaradılaraq fəaliyyətə başlaması məramına sadiq olduqlarını təsdiqləyiblər.(report.az)

AzNews.az