Qəza zamanı avtobusda 23 nəfər olub Qəza zamanı avtobusda 23 nəfər olub

Rusiyada avtobus qəzaya uğradı - yaralananlar var

Qəza zamanı avtobusda 23 nəfər olub

Rusiyanın Suxobuzimsk rayonunda (Krasnoyarsk diyarı) sərnişin avtobusu dərəyə aşıb.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Qəzanın səbəbi barədə məlumat verilmir.

Qeyd edilir ki, qəza ilə bağlı araşdırma aparırlar. (Trend)