Rusiya Prezidenti: Suriyada vəziyyət gərgindir Rusiya Prezidenti: Suriyada vəziyyət gərgindir

Putin Soçidə Ərdoğanla görüşdü

Rusiya Prezidenti: Suriyada vəziyyət gərgindir

Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

Prezidentlər ilk olaraq məhdud tərkibdə görüş keçiriblər.

Görüş zamanı Rusiya Prezidenti bildirib ki, Suriyada vəziyyət gərgindir.

“Bunu hamı görür və anlayır. Rusiya və Türkiyənin bu məsələ ilə bağlı məsləhətləşmələrinə böyük tələb var”, - deyə o qeyd edib.

Türkiyə Prezidenti isə bu görüşün çox ciddi nəticələri olacağına inandığını vurğulayıb. (APA)

AzNews.az