Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Putinlə Consonun telefon danışığı oldu

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında ilk telefon danışığı olub.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Hər iki lider nasizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə bir-birlərinə təbriklərini çatdırıblar.

“Vladimir Putin xüsusilə müharibə dövündə sovet ordusunun lazımi silah və ləvazimatları almasına kömək edən Şimal konvoylarının iştirakçısı olmuş ingilis dənizçilərini xatırlayıb. Boris Conson öz növbəsində, Britaniya xalqı adından Sovet İttifaqının və onun silahlı qüvvələrinin ortaq düşmən üzərində Qələbənin əldə edilməsinə verdiyi həlledici töhfəyə görə minnətdarlığını bildirib”, - deyə Kremlin məlumatında deyilir.

Putinlə Conson ikitərəfli məsələlər və aktual beynəlxalq problemlər üzrə qarşılıqlı dialoqa və əlaqəyə hazır olduqlarını bildiriblər.