- Rusiya və İran
- 8 Avqust 2020 09:27
- 5 798
Moskvada daha 14 nəfər koronavirusdan öldü
Bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 560-a çatıb
Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.
AzNews.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 560-a çatıb.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 877 135 ölənlərin sayı isə 14 725 nəfərdir. Ölkədə 178 818 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.