Belarusların təhlükəsizliyinin təmin edilməsi üçün Moskva tərəfindən hərtərəfli yardım göstərilə bilər Belarusların təhlükəsizliyinin təmin edilməsi üçün Moskva tərəfindən hərtərəfli yardım göstərilə bilər

Putin Lukaşenkoya Rusiyanın müdaxilə etməyə hazır olduğunu deyib

Belarusların təhlükəsizliyinin təmin edilməsi üçün Moskva tərəfindən hərtərəfli yardım göstərilə bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya onların ilk sorğusunda respublikaya kömək etməyə hazırdır. AzNews.az-n məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

Belarus liderinin sözlərinə görə, son telefon danışığı zamanı o, Rusiya Prezidenti Vladimir Putinlə bu barədə razılığa gəlib.

Lukaşenkonun dediyinə görə, belarusların təhlükəsizliyinin təmin edilməsi üçün Moskva tərəfindən hərtərəfli yardım göstərilə bilər.

“Məni hətta bir qədər təəccübləndirdi — Putin tamamilə baş verənlərdən xəbərdardır”, - o deyib.