• Rusiya
  • 4 Sentyabr 2020 13:45
  •  1 148

Navalnını kim zəhərləyib?

Elə Kremlin özü də Berlinlə tərəfdaşlığın davamını istəyir.

“Almaniya kansleri Angella Merkel açıqlama verərək Aleksey Navalnının “Noviçok” kimyəvi maddəsiylə zəhərləndiyini bildirib. Rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər bunun böhtan olduğunun bildirirlər. Yalan danışmaq Merkelin nəyinə lazımdır? “

AzNews.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Almaniya konslerinin fikirlərini şərh edərkən deyib.

“Axı Vaşinqton və Londondan fərqli olaraq Berlin Rusiya ilə əməkdaşlıqdan heç zaman imtina etməyib, tənqidlərə rəğmən, Rusiya ilə tərəfdaşlığını davam etdirib. Elə Kremlin özü də Berlinlə tərəfdaşlığın davamını istəyir. Amerikanın və bəzi Avropa ölkələrinin etirazları baxmayaraq, Rusiya və Almaniya “Şimal axını – 2” qaz boru xəttini yekunlaşdırmağa hazırlaşırlar. Ona görə də Merkel olanı deyib", - şərhini verən politoloq bildirib ki, Moskva israrla deyir ki, Navalnının zəhərlənməsi “mənlik deyil” və “bu yalandır”. Bu cür “yalanların” sayı çoxaldıqca, “zəhərlənmə olmayıb” deyənlərə inam azalır. Bəs yaxşı, Litvinenko və Skripalı kim və ya kimlər zəhərlədi? Axı hər dəfəsində izlər Moskvaya apardı. Kreml bu hadisələrdə əli olmadığını iddia etdi. Sənə qarşı bu cür ittihamlar varsa, sənin birinci işin ittihamların həqiqət olmadığını sübut etmək olmalıdır. Xaricdə planlanan təxribatdırsa, müəlliflərin kimliyi araşdırılmalıdır. Ancaq nə Litvinenko, nə Skrpial, nə də indi Navalnının zəhərlənməsi olayında Kreml heç bir daxili və xarici araşdırmayta ehtiyac duymadı. Gizlətməyə nəsə var ki, araşdırılmır. Belə olan halda Kremlə qarşı şübhələrin olması obyektivdir”.

Səidə Vahid

AzNews.az