Yeni qaydalara görə Rusiya vətəndaşları ilə yaxın qohumluğu olan əcnəbilər ölkəyə giriş üçün sənədləri sadələşdirilmiş qaydada tərtib edə biləcəklər Yeni qaydalara görə Rusiya vətəndaşları ilə yaxın qohumluğu olan əcnəbilər ölkəyə giriş üçün sənədləri sadələşdirilmiş qaydada tərtib edə biləcəklər

Rusiya ölkəyə giriş qaydalarını dəyişdirdi

Yeni qaydalara görə Rusiya vətəndaşları ilə yaxın qohumluğu olan əcnəbilər ölkəyə giriş üçün sənədləri sadələşdirilmiş qaydada tərtib edə biləcəklər

Rusiya xarici vətəndaşlar üçün ölkəyə giriş prosedurunu sadələşdirib.

AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin Nazirlər Kabinetinin iclasında açıqlama verib. Bildirib ki, yeni qaydalara görə Rusiya vətəndaşları ilə yaxın qohumluğu olan əcnəbilər ölkəyə giriş üçün sənədləri sadələşdirilmiş qaydada tərtib edə biləcəklər.

Baş Nazirin sözlərinə görə, bu kateqoriyaya Rusiyada həyat yoldaşları, valideynləri, övladları, qardaşları, bacıları, babaları, nənələri və nəvələri olan əcnəbilər daxildir.

“Bu şəxslər bir ilə qədər uzunmüddətli vizalar ala biləcəklər və bunu vətəndaşımızın sadə bir yazılı müraciəti əsasında həyata keçirmək olacaq”, - deyə Mişustin qeyd edib.

Bundan əlavə, yeni qanun viza almaq hüququnu qorumaq üçün əcnəbilərə qoyulan üç ayda bir ölkəni tərk etmək tələbini də ləğv edəcək.