Bu faktla əlaqədar olaraq İstintaq Komitəsində qətl maddəsi ilə cinayət işi açılıb Bu faktla əlaqədar olaraq İstintaq Komitəsində qətl maddəsi ilə cinayət işi açılıb

Maska ​​üstündə irad qətlə səbəb oldu - Rusiyada

Bu faktla əlaqədar olaraq İstintaq Komitəsində qətl maddəsi ilə cinayət işi açılıb

Rusiyanın Sankt-Peterburq şəhərində 53 yaşlı şəhər sakini maska üstündə mübahisə səbəbindən qətlə yetirilib.

AzNews.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidmətinin verdiyi məlumata görə, 17 noyabrda, Sənaye prospektindəki bir evin yaxınlığında elmi araşdırma mərkəzinin 53 yaşlı direktor müavininin cəsədi tapılıb. Onun bədənində bıçaq yarası olduğu bildirilib. Bu faktla əlaqədar olaraq İstintaq Komitəsində qətl maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, hadisədən əvvəl öldürülən şəxs avtobusa maskasız minən iki sərnişinə, bir kişi və bir qadına irad bildirib. Bunun nəticəsində qarşıdurma yaranıb. Daha sonra küçədə davam edən davada kişi bıçaq yarası alıb və ölüb.

Daha sonra, 18 noyabrda Orenburq bölgəsinin iki yerli sakini, 40 yaşlı kişi və 34 yaşlı dostu hadisədə şübhəli bilinərək nəzarətə alınıb. Kişi əvvəllər narkotik ticarəti və qəsdən sağlamlığa ağır zərər vurmaqda günahlandırılıb. Polisin verdiyi məlumata görə, mərhumu bıçaqla sözügedən şəxs vurub.