• Rusiya
  • 20 Yanvar 20:43
  •  3 153

Krasnoyarskda istehsalat binasında yanğın olub

Yanğının söndürülməsi üçün 42 nəfər və 11 texnika cəlb edilib

Rusiyanın Krasnoyarsk şəhərində istehsalat binasının iki mərtəbəsində yanğın olub.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

Hadisə nəticəsində xəsarət alanlar və dəyən maddi ziyan barədə məlumat açıqlanmayıb.

Məlumata görə, yanğının söndürülməsi üçün 42 nəfər və 11 texnika cəlb edilib.

Binada nəyin istehsal olunduğu və yanğının səbəbi bilinmir.