Çexiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb Çexiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya da çex diplomatlarını qovur - Diplomatik skandal böyüdü

Çexiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya Çexiya respublikasının səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Onlar Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.