• Rusiya
  • 30 İyul 00:00
  •  6 142

Rusiya Minsk qrupuna yeni həmsədr təyin etdi

İqor Popovu 59 yaşlı peşəkar diplomat əvəzləyib

Rusiya ATƏT-in Minsk qrupundakı həmsədrini dəyişib. İqor Popovu 59 yaşlı peşəkar diplomat İqor Xovayev əvəz edib.

Azvision.az xəbər verir ki, İqor Anatolyeviç Xovayev 18 yanvar 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (“MQİMO”) bitirib və həmin ildən də diplomatik fəaliyyətə başlayıb. İngilis, Fransız, Vyetnam dillərini bilir. 2017-ci ildən fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Uşaq Şərq və Okeaniya ölkələri üzrə ixtisaslaşıb, Rusiyanın Filippin, Palau və Mikroneziyadakı, sonra Marşall adalarındakı səfiri olub.

Maraqlıdır ki, İqor Xovayevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığı dövrdə Azərbaycan prezidenti İlham Əliyev elə həmin təhsil müəssisəsində dərs deyirdi.

AzNews.az