Milli münaqişələr sahəsində rusiyalı ekspert Yevgeni Mixaylovun sözlərinə görə... Milli münaqişələr sahəsində rusiyalı ekspert Yevgeni Mixaylovun sözlərinə görə...

Ekspert: "Rusiya Yerevanın sözünə inanmır"

Milli münaqişələr sahəsində rusiyalı ekspert Yevgeni Mixaylovun sözlərinə görə...

“Yerevanın sülhyaratma işlərinə üçüncü ölkələri cəlb etmək səylərindən sonra Rusiyanın onların sözünə inanmaq meyli bir qədər səngidi. İndi Yerevan öz himayəçisinə qarşı xoşniyyətli olduğunu əməli ilə sübut etməlidir. Görünür, Rusiya Prezidenti Vladimir Putinlə son görüş zamanı da elə Rusiyanın Ermənistana gələcək zəmanətini hansı şərtlərlə verəcəyi izah edildi”.

Bunu “Report”a milli münaqişələr sahəsində rusiyalı ekspert Yevgeni Mixaylov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında oktyabrın 12-də Moskva şəhərində keçirilən görüşü şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, sözügedən şərtlər 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə imzalanaraq Azərbaycanla Ermənistan arasında müharibəni dayandırmış məlum birgə bəyanatla əlaqəli deyil.

“Aparılan danışıqların nəticələri barədə yaxın günlərdə daha dolğun məlumat alacağıq. Putinlə Paşinyan arasında hər belə görüş Ermənistan tərəfinin qonşularla dil tapmağın zəruri olduğunu, qisas yoluna qədəm qoyduqları təqdirdə isə regionda xaos başlayacağını, dövlətçiliyi itirəcəklərini daha aydın dərk etməsinə səbəb olur”, – deyə rusiyalı ekspert bildirib.

Onun qənaətincə, artıq rəsmi Yerevan elə bir vəziyyətdədir ki, ötən ilin noyabr bəyanatında nəzərdə tutulan şərtlər yaxın aylarda, bəlkə də həftələrdə yerinə yetirilməlidir: “Əlbəttə, Yerevan əgər növbəti dəfə sözünə xilaf çıxaraq kənarda oyuna başlamasa”.

AzNews.az