"Bir çox məsələlərdə Rusiyanın mövqeyi İslam ölkələri ilə üst-üstə düşür" "Bir çox məsələlərdə Rusiyanın mövqeyi İslam ölkələri ilə üst-üstə düşür"

“Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük önəm verir”

"Bir çox məsələlərdə Rusiyanın mövqeyi İslam ölkələri ilə üst-üstə düşür"

AzNews.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən “Rusiya və İslam dünyası” sammitində deyib.

O bir çox çətin məsələlərdə mövqeyinin İslam ölkələri ilə üst-üstə düşdüyünü vurğulayıb. V. Putin Moskvanın müsəlman ölkələri ilə həm ikitərəfli səviyyədə, həm də İslam Əməkdaşlıq Təşkilatı ilə dialoq çərçivəsində dostluq əlaqələrinin inkişafına böyük önəm verdiyini bəyan edib.

Rusiya Prezidenti görüşün konstruktiv və məhsuldar olacağına, ölkə xalqları arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət edəcəyinə ümid etdiyini bildirib.

O, həmçinin görüşün təşkilində göstərdiyi marağa görə Səudiyyə Ərəbistan kralı Salman ibn Əbdüləzizə minnətdarlığını bildirib.

Görüşün təşkilindən məmnunluğunu vurğulayan Putin, iştirak edən hər kəsə təşəkkür edib.

Şəbnəm Zahir