Putindən Ukraynada xidmət edən əsgərlərə "Qızıl Ulduz"

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə iştirak edən Rusiya hərbçilərinin bəzilərinə “Qızıl Ulduz” medallarını təqdim edib.

AzNews.az bu barədə "Milliyet"ə istinadən xəbər verir.

"Bu gün xüsusi hərbi əməliyyat zamanı fövqəladə şücaət göstərmiş və “Rusiya Qəhrəmanı” adını almış əsgərlərə ali dövlət mükafatları təqdim olunacaq. Mən cəbhədə olanlara da müraciət etmək istəyirəm. Siz mənim və xalqımızın qəhrəmanısınız", - deyə V. Putin bildirib.

Pərvanə