Rusiyada sutkada 10 940 koronavirusa yoluxma halı aşkarlanıb

Rusiyada koronavirusa yoluxma hallarının sayı sutkada 10 940 nəfər, koronavirusdan ölənlərin sayı 32 nəfər artıb.

Aznews.az xəbər verir ki, ölkənin koronavirusla mübarizə üzrə federal operativ qərargahından bildirib.

Sağalma hallarının sayı bir gün əvvəl 12 544 nəfərə qarşı 9 899 nəfər artaraq 21 938 293 nəfərə çatıb.