Qərb Ukraynaya hərbi yardım göstərməklə münaqişəni uzadır

Qərb ölkələri Ukraynaya hərbi yardım göstərməklə silahlı münaqişənin şiddətlənməsi üçün hər şeyi edir.

Aznews.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Ukraynada hərtərəfli hərbi dəstək alan silahlı münaqişənin uzadılması və kəskinləşməsi üçün mümkün olan hər şey edilir", - o, Minskdə belaruslu həmkarı Viktor Xrenin ilə görüşündə deyib.

Danışıqları açan Şoyqu qeyd edib ki, belaruslu həmkarı ilə görüşlər “son vaxtlar müntəzəm xarakter alıb”.

"Bu, gərginliyin sürətlə artması, strateji sabitlik əsaslarının dağılması və beynəlxalq qarşıdurmanın görünməmiş intensivləşməsi şəraitində xüsusilə vacibdir. Belarus Respublikası bizim sadiq müttəfiqimiz və etibarlı tərəfdaşımız olub və olaraq da qalır", - Rusiya müdafiə naziri vurğulayıb.

Mövsüm