- Rusiya və İran
- 28 Aprel 2020 14:09
- 3 581
Rusiya koronavirusa yoluxma sayına görə İranı geridə qoydu
Ölkədə COVİD-19-a yoluxanların sayı 93 558-ə çatıb
Rusiyada bu gün daha 6 411 nəfərdə koronavirus aşkarlanıb, 73 nəfər virusdan vəfat edib.
AzNews.az xəbər verir ki, beləliklə də, ölkədə COVİD-19-a yoluxanların sayı 93 558-ə, xəstəlikdən ölənlərin sayı isə 867-yə yüksəlib.
Qeyd edək ki, Rusiya bununla da koronavirusa yoluxma sayına görə İranı geridə qoyaraq dünya dövlətləri arasında 8-ci pillədə qərarlaşıb.