- Rusiya və İran
- 1 İyun 2020 18:56
- 6 136
Peskovdan Putinlə bağlı açıqlama
Peskov Putinin bölgə rəhbərlikləri və nazirlərlə davamlı əlaqədə olduğunu bildirib
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının koronavirus pandemiyası fonunda təcrid olunmadığını açıqlayıb.
AzNews.az “Tass.ru”ya istinadən xəbər verir ki, Peskov Putinin bölgə rəhbərlikləri və nazirlərlə davamlı əlaqədə olduğunu bildirib.
“Prezident təcrid olunmayıb, hazırda fəal işləyir. Görürsünüz ki, görüşlər həm fiziki olaraq, həm də videokonfranslar vasitəsilə həyata keçirilir”, - deyə o, vurğulayıb.
Bununla yanaşı, Peskov Rusiya liderinin qatıldığı fiziki görüşlərin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib.