Rusiya Mərkəzi Asiyadakı MDB ölkələrini Qərblə dialoqda ehtiyatlı olmağa çağırır

Rusiya MDB-nin Mərkəzi Asiya ölkələrini Qərblə qarşılıqlı əlaqə qurarkən maksimum ehtiyatlı olmağa çağırır,

Aznews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

“Biz və Mərkəzi Asiyadan olan tərəfdaşlarımız Amerikanın “xoş niyyətlərinin” necə işlədiyini gördük” deyən Mixail Qaluzin “ən yaxşı ssenaridə rəngli inqilablarla nəticələnən Vaşinqtonun demokratikləşdirmə təcrübələrinin bugün getdikcə çoxqütblü dünya şəraitində yeri yoxdur” -deyə qeyd edib.

“Biz əminik ki, Mərkəzi Asiya ölkələrinin və bütövlükdə MDB-nin sabitliyi və təhlükəsizliyi, əvvəllər dediyim kimi, şübhəli məqsədlər güdən regiondankənar oyunçuların deyil, əsasən dövlətlərimizin üzərinə düşür. MDB, KTMT və ixtisaslaşdırılmış ikitərəfli sazişlər də daxil olmaqla, uğurlu həll üçün lazım olan bütün vasitələrə malikdir”, - Qaluzin bildirib.

Mövsüm