- Rusiya və İran
- 24 İyun 2023 15:32
- 12 027
Ramazan Kadırov: Üsyan məhv edilməlidir
Çeçenistan lideri Ramazan Kadırov Proqojinin silahlı üsyanını “arxadan bıçaq zərbəsi” adlandırıb və Rusiya lideri Vladimir Putinin hər sözünü dəstəklədiyini bəyan edib.
Aznews.az xəbər verir ki, bu barədə Ramazan Kadirov Teleqram hesabından məlumat yayıb.
"Mən döyüşçülərə, vətənpərvərlərə müraciət edirəm. Təxribatlara uymayın", - Kadırov bildirib.
“Sizə hansı məqsəd və ya vədlər verilməsindən asılı olmayaraq, hazırda dövlətimizin təhlükəsizliyi və Rusiya cəmiyyətinin harmoniyası ən vacib şeydir”, - Kadırov qeyd edib.
Kadırov həmçinin çeçen döyüşçülərinin və Müdafiə Nazirliyinin milli qvardiyasının “gərginlik bölgələrinə” göndərildiyini bildirib.
"Üsyan məhv edilməlidir və kəskin tədbirlər tələb olunarsa, biz hazırıq", - Kadırov vurğulayıb.
Mövsüm