Rusiya Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransını boykot edəcək

"Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) hazırkı sədrliyinin oktyabrda Varşavada keçirəcəyi İnsan Ölçüsü Konfransını rəsmən boykot edəcək".

Aznews.az xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

"Keçən il olduğu kimi, Rusiya Varşavada keçirilən saxta konfransı rəsmən boykot etdiyini bəyan edir. Rusiya tədbirdə qəbul edilmiş bütün nəticə və tövsiyələri etibarsız hesab edəcək", - bəyanatda deyilir.

Rusiya missiyasının məlumatına görə, Şimali Makedoniya sədrliyi tədbirin tarixi, yeri və gündəliyi ilə bağlı qərarlar qəbul edərkən digər üzvlərin fikirlərini nəzərə almayıb, prosedur qaydalarını pozub.

"İnsan ölçüsü ardıcıl ikinci ildir ki, vəzifədə olan sədrlərin vicdansız hərəkətlərinin qurbanı olub. Platformanın prinsipləri və metodları Polşa və Şimali Makedoniyanın fürsətçi istəklərinə asanlıqla qurban verilib", - Rusiya missiyası vurğulayıb.

Bəyanata görə, Varşava və Skopye bütün üzv dövlətlərlə şəffaf müzakirələr aparmaq və ortaq nöqtələr axtarmaq əvəzinə konfransı öz himayəsi altında keçirmək qərarına gəliblər. “Bununla onlar bütün üzv dövlətlərin fikirlərini nəzərə almaq zərurətindən yayındılar”, - missiya qeyd edib. Bundan əlavə, konfransın texniki təşkilatçısı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da “istəkli sədrliklərlə birgə fəal şəkildə oynayır”,-deyə qeyd olunub.

Konfransın oktyabrın 2-13-də Polşanın paytaxtında keçirilməsi nəzərdə tutulub.

Mövsüm